Polis idarəsinə basqın - İrəvanda homoseksual qiyamı

LGBT icmasının nümayəndələri (homoseksuallar) Ermənistanın paytaxtı İrəvanda polis idarəsinə hücum ediblər.

Gözlənilmədən idarəyə basqın edən cinsi azlıqlar polis əməkdaşlarını döyüblər.

Hadisəyə səbəb şəhərin "Komigi" meydanı, "Şirak" oteli və "Astoriya" restoranında homoseksualların bir neçə şəxsi döyməsi olub. İnsident baş verdikdən sonra cinsi azlıqların polis tərəfindən saxlanılmasına etiraz edən LGBT nümayəndələri idarəyə basqın ediblər.

Hadisə nəticəsində 2 polis yaralanıb.

Son günlərdə haqlarının pozulduğu iddiası ilə LGBT üzvləri şəhərdə insanlara qarşı hücumlarının sayını artırıblar.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31