Yaponiya hökuməti mümkün vulkan püskürməsi səbəbilə böhran qərargahı yaradıb

Yaponiya hökuməti ölkənin cənub-qərbində güclü vulkan püskürməsi təhlükəsi ilə əlaqədar böhran qərargahı yaradıb.

Daha əvvəl Yaponiya Baş Meteorologiya İdarəsi Kutinoerabu adasında güclü vulkan püskürməsi ehtimalı barədə xəbərdarlıq edib. Mütəxəssislərin xəbərdarlığı vulkanik zəlzələlərin sayının qəfil artımı ilə əlaqədardır.

Qeyd olunur ki, vulkan püskürməsi insanların yaşadığı yerlərdə fəlakətli nəticələrə gətirib çıxara bilər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31