Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb

Qazaxıstanın Almatı vilayətində yerləşən "Qazaxıstan" təlim poliqonunda partlayış baş verib, nəticədə 10 hərbçi xəsarət alıb.

Qazaxıstan Müdafiə Nazirliyindən hadisənin dünən hədəf sahəsinin hazırlanması zamanı baş verdiyini bildiriblər.

Hələ müəyyən edilməyən əşyanın partlaması nəticəsində 10 hərbçi yaralanıb, həkimlər dərhal sahə şəraitində onlara ilk tibbi yardımı göstəriblər.

Hazırda hərbçilərin vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31