Əfqanıstanda Taliban yaraqlılarının hərbi bazaya hücumu nəticəsində 45 nəfər ölüb

Əfqanıstanda radikal Taliban hərəkatı yaraqlılarının Bağlan vilayətində hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 45 üzvü öldürülüb.

Yaraqlıların hücumu zamanı 35 hərbçi və 10 yerli polis məmuru ölüb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları hücum faktını təsdiqləyiblər, lakin ölənlərin sayı barədə məlumat dəqiqləşdirilməyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31