Meksikada parlamentə yeni seçilmiş deputatı qaçırıblar

Meksikada parlamentə Verakrus ştatından yeni seçilmiş deputat Asunesa Rodriges Samora cinayətkar qruplaşma tərəfindən qaçırılıb.

Qaçırılma insidenti Mexiko-Tuspan arasında avtomobil yolunda, Texokotal şəhəri yaxınlığında baş verib. Deputat avtomobildən qaçırılıb.

Məlumata əsasən, deputatla avtomobildə olan digər şəxslər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31