Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı
15 Avqust 2018 11:07 DünyaABŞ-ın Denver şəhərində (Kolorado ştatı) yaşayış evində partlayış baş verib.
Bu barədə şəhərin yanğından müdafiə xidmətinin rəsmi nümayəndəsi Qreq Piksli bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib və birinin vəziyyəti ağırdır.
Məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31