Rusiyada 6 yaşlı uşağı ildırım vurub öldürdü

Rusiyanın Tümen vilayətində 6 yaşlı uşaq ildırım vurması nəticəsində ölüb.

Uşağın meyiti Şuçyo kəndi yaxınlığında otlaq sahədə tapılıb.

Uşağın ölümü ilə bağlı Rusiya Federasiyasının Tümen vilayəti üzrə İstintaq komitəsi araşdırmaya başlayıb. Uşağın doğmaları dindirilir.

Məhkəmə-tibbi ekspertiza təyin edilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31