Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
15 Avqust 2018 00:30 DünyaTürkiyə rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ istehsalı olan tikinti materiallarından imtina edib.
Bu barədə ölkənin ətraf mühitin qorunması və şəhərsalma üzrə naziri Murat Kurum məlumat verib.
"Bundan sonra Nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməyəcək. Qərar ABŞ-ın valyuta məzənnələrinə qarşı spekulyasiyasına cavab olaraq qəbul edilib", - nazir deyib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31