Genuyada körpünün uçması ilə əlaqədar 2 günlük matəm elan edilib

İtaliyanın Genuya şəhərinin meriyası körpünün uçması nəticəsində insanların ölümü ilə əlaqədar iki günlük matəm elan edib.

Avqustun 15-i və 16-sı şəhərin, İtaliyanın və Avropa İttifaqının bayraqları endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq.

Qeyd edək ki, bu gün İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31