Gizli ərə getdi - Bəy özündən 20 yaş kiçikdir
14 Avqust 2018 21:42 DünyaFransada aktrisa Robin Raytın toyu olub.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Saint Laurent" moda evinin 32 yaşlı piar-meneceri Klement Jiro ilə ailə qurub.
Rayt və Jiro 2017-ci ildə Kann kinofestivalında tanış olmuşdu. Cütlük ilk dəfə Parisdə moda həftəsində birlikdə görüntülənib. 2018-ci ilin yazında sevgililər nişanlanıb.
Toy La-Roş-syur-Byu bölgəsində ailə üzvlərinin əhatəsində baş tutub. Toydan cəmi iki foto sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, 52 yaşlı Robin ərindən 20 yaş böyükdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31