“Trampın Türkiyə ilə bağlı qərarı qeyri-qanunidir”

"ABŞ prezidenti Donald Trampın Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə kimi artırılması ilə bağlı qərarı qeyri-qanunidir və Ümumdünya Ticarət Təşkilatı qaydalarına ziddir". 

Bu barədə Avropa Parlamentinin Türkiyə Forumunda bildirilib. İclasda ABŞ və Türkiyə arasında yaranan diplomatik gərginlikdən narahatlıq keçirildiyi vurğulanıb: "Türkiyə iqtisadiyyatına edilən sanksiyalar heç kimin mənfəətinə uyğun deyil. Avropa İttifaqının ən böyük ticarət ortaqlarından olan demokratik Türkiyənin iqtisadi cəhətdən güclü və sabit olması bizim üçün də əlverişlidir. NATO müttəfiqi olan iki ölkə aralarındakı problemin həlli üçün diplomatik cəhd göstərməlidirlər".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31