Belarus prezidenti iki naziri istefaya göndərib

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye naziri Vitaly Vovkanı və memarlıq və inşaat naziri Anatoli Çernovu istefaya göndərib.

Belarus prezidenti bu barədə qərarını Orşan rayonunun kompleks inkişafı üzrə iclasında verib.

A.Lukaşenko həmçinin Dövlət Hərbi Sənayə Komitəsinin sədrinə və Təhlükəsizlik Şurasının dövlət katibinə vəzifələrini layiqincə yerinə yetirmədikləri haqqında xəbərdarlıq edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31