"Rusiya, Türkiyə və İrana sanksiyaların səbəbi..." - Lavrov
14 Avqust 2018 16:04 DünyaQərb Rusiya, Türkiyə və İrana qarşı sanksiyalar tətbiq etməklə Suriya üzrə Astana formatına təsir göstərməyə çalışır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Bu cür cəhdlər əvvəllər də olub. Yəqin ki, bu cəhdlər davam etdiriləcək. Türkiyə, Rusiya və İran Suriya böhranıyla bağlı heç də həmişə uyğun yanaşma tərzinə malik olmasalar da, müdriklik nümayiş etdirərək konkret problemlərin həllini tapmalarını Suriyadakı situasiyanın köklü şəkildə dəyişməsinə səbəb olduğunu düşünürəm", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31