Rusiya ABŞ-ın hərbi büdcəsindən qorxdu: "Narahatıq"

ABŞ-ın yeni müdafiə büdcəsində hərbi məqsədlər üçün ediləcək rekord ödəmələrdən Moskva narahatdır.

Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

"720 milyard dolar hərbi məqsədlər üçün görünməmiş miqyasda olan xərcləmələrdir. Bu özü-özlüyündə narahatverici məqamdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Moskva ABŞ-ın Rusiya ilə açıq səma razılaşması çərçivəsində əməkdaşlığı dayandırmasından narahatdır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31