Okeanda 6,1 bal gücündə zəlzələ olub

Atlantik okeanında güclü zəlzələ baş verib.

Zəlzələnin gücü 6,1 bal qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bristol adasından 126 km şimal-şərqdə olub. Adada əhalinin məskunlaşmadığı bildirilir.

Sunami xəbərdarlığı barədə məlumat hələ verilməyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31