İspaniyada gürcü və erməni “oğrular” ələ keçdilər
14 Avqust 2018 14:41 Dünyaİspaniyanın Malaqa əyalətinin Marbelya bələdiyyəsində xüsusi əməliyyat zamanı "qanuni oğrular" - gürcü əsilli David Kardava və "Çia" ("Qurd") ləqəbli Laşa Barateli saxlanılıb.
Xüsusi əməliyyat barədə Gürcüstan DİN-nin Kriminal polis departamentinin direktoru Vladimir Bortsvadze bildirib.
İspan polislər gürcü oğrulardan başqa, daha doqquz nəfəri saxlayıblar, onlardan biri Ermənistan vətəndaşıdır.
İstintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qrupun üzvləri digər dəstənin üzvlərinin qətlini planlaşdırırmışlar.
Saxlanılmış kriminal avtoritetlər İspaniyada sənədləri saxtalaşdırmaqda, kriminal-cinayətkar qruplaşmaya üzvlükdə və qətl törətmək üçün əlbir olmaqda günahlandırılırlar. Onlar ispan qanunvericiliyi qarşısında cavab verəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31