Trampın müşaviri: “Türkiyədə baş verənləri yaxından izləyirik”
14 Avqust 2018 14:02 DünyaTürkiyədə prosesləri yaxından izləyirik.
Bu fikri ABŞ Prezidenti Donald Trampın iqtisadiyyat üzrə müşaviri Kevin Hassett NSNBC telekanalına deyib.
Kevin Hassett əlavə edib ki, Birləşmiş Ştatların xəzinə və maliyyə naziri Türkiyə iqtisadiyyatında baş verənləri çox yaxından təqib edir: "Trampın vergi qərarı Türkiyədəki ümumi daxili məhsulun çox kiçik bir bölümünü əhatə edir. Ölkədə dəyər itkisinin yüzdə 40 faiz olması iqtisadi vəziyyətin qüsurlu olduğunu göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31