Dünyanın ən rahat şəhəri açıqlandı - Siyahı
14 Avqust 2018 13:58 DünyaDünyanın ən rahat şəhərlərinin yeni reytinqi açıqlanıb.
Yeni reytinqi "Ekonomist İntelliqens Unit" şirkəti hazırlayıb.
2018-ci ilin reytinq cədvəlində dünyanın ən rahat şəhəri statusuna Vyana layiq görülüb. Sonrakı yerlərdə Avstraliyanın Melburn və Yaponiyanın Osaka şəhərləri qərar tutub. Yeni reytinq cədvəlində ilk onluğa düşən şəhərlər bunlardır: Kalqari, Sidney, Vankuver, Tokio, Toronto, Kopenhagen və Adelaida.
Qeyd edək ki, ötən il Avstraliyanın Melburn şəhəri yaşamaq üçün ən ideal şəhər seçilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31