“ABŞ-ın elektron məhsullarını boykot edəcəyik” – Ərdoğan
14 Avqust 2018 13:32 Dünya"Xaricdən aldığımız hər məhsulun daha yaxşısını istehsal edib satacağıq".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, ABŞ-ın elektron məhsullarını boykot edəcəyik: "Ölkəmizə investisiya qoymağı düşünənləri cəlb edəcəyik. Əgər ticarəti axsatsaq, əsas o zaman düşmənə təslim vəziyyətinə düşə bilərik. Dollarla ticarət eləsək həmin an batarıq. Sən türksən, sən Türkiyə lirəsi ilə bərabər yoluna davam edə bilərsən".
Prezident vurğulayıb ki, yenidən dirçələcəyik inşallah: "2023-cü il hədəflərimizə çatdığında adam başına düşən milli gəlirimizi 2 dəfədən artıq artıracağımız üçün hər vətəndaşımız 2 dəfə çox qazanc əldə edəcək".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31