“Gedişatın təməli iqtisadi deyil, siyasidir” – Binəli Yıldırım
14 Avqust 2018 13:20 Dünya"Türkiyə siyasi hesablarla edilən iqtisadi məcburiyyətlərə bağlıdır. Dost, düşmən hər kəs bunu belə bilməlidir".
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib. B. Yıldırım bildirib ki, gedişatın təməli iqtisadi deyil, siyasidir: "Amerika rəhbərliyi müxtəlif sözlərlə, məsuliyyətsiz "tvit"lərlə istədiyini etdirmək əvəzinə, qanunlarımıza hörmət çərçivəsində çıxış yolu axtarmalıdır. Bu məsələdə ilk addım atmalı və tutarlı bir nöqtəyə gəlməli olan Amerika rəhbərliyidir".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31