Yosunlara görə fövqəladə vəziyyət elan edildi
14 Avqust 2018 13:14 DünyaABŞ-ın Florida ştatında zəhərli yosunlar səbəbilə bəzi ərazilərdə fövqəladə vəziyyət elan edilib.
Bu barədə ştatın valisi Rik Skott məlumat verib. Balıqların kütləvi şəkildə ölümünə, ətrafdakı restoranların boşalmasına, turistlərin ərazini tərk etməsinə səbəb olan yosunlarla mübarizə məqsədilə 100 min dollarlıq büdcə ayrılıb. Turistlərin ştatı tərk etməsinə görə zərər çəkən sahibkarlara dəstək üçün isə 500 min dollarlıq fond təşkil edilib.
Qeyd edək ki, zəhərli yosunlar ötən ilin oktyabrından bəri müşahidə edilir.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31