Londonda avtomobili insanların üzərinə sürdülər
14 Avqust 2018 13:02 DünyaLondonda parlament binası qarşısında avtomobilin çəpərə çırpılması nəticəsində bir neçə piyada yaralanıb.
Hadisə yerli vaxtla saat 07:37-də baş verib.
Avtomobil parlament qarşısındakı çəpərə çırpılıb.
"Sürücü hadisə yerində saxlanılıb. Bir neçə piyada yaralanıb", - deyə polisin məlumatında qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl bir neçə Avropa paytaxtında avtomobilin piyadaların üzərinə sürülməsi ilə kütləvi terror aktları törədilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31