NASA Günəşə peyk göndərdi

NASA  Florida ştatının "Kanaverel" kosmodromundan orbitə çıxarılan "Parker Solar Probe" peykini Günəşə göndərib.

Olaylar.az xarici mediaya istinadən  xəbər verir ki, peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

Peykin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

"Parker Solar Probe"nin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31