14 yaşlı oğlan icra başçısı namizədi oldu
14 Avqust 2018 12:46 DünyaABŞ-ın Vermant ştatında 14 yaşlı oğlan icra başçısı namizədi olub.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, sabah Vermant ştatında keçiriləcək icra başçısı seçkilərində digər 3 namizədlə qarşı-qarşıya gələcək 14 yaşlı Sonneborn, əyalət və ölkə rəhbərlərinin özünü çox məyus etdiyini, bu səbəblə namizəd olmağa qərar verdiyini ifadə edib.
Namizəd olmasının qarşısında hər hansı bir maneə olmadığını bildirən Sonneborn, keçən il Virciniya ştatına bağlı Çarlottesville şəhərində baş verən nümayişlərə reaksiya olaraq da bu qərarı aldığını söyləyib.
Qeyd edək ki, Vermont konstitusiyasına görə, əyalət icra hakimiyyəti üçün namizədlərdən yaş şərti tələb olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31