Rusiyanın XİN rəhbəri Ankarada türkiyəli həmkarı ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri başlayır.

O, avqustun 14-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin beynəlxalq təşkilatlar yanında səfir və daimi nümayəndələrinin müşavirəsində iştirak edəcək.

Nazirlər görüş zamanı Suriyada əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı kimi mövzuları müzakirə edəcəklər. Bundan əlavə, söhbət Ön Qafqaz, Mərkəzi Asiya, Ukrayna, Qara dəniz bölgəsi və Yaxın Şərqdə işlərin vəziyyəti barədə olacaq.

Xarici siyasət idarələrinin rəhbərləri həmçinin "Türk axını" qaz kəmərinin tikintisi və "Akkuyu" AES-nin inşasından danışacaqlar. Həmçinin müxtəlif səviyyələrdə əlaqələrin qarşıda duran cədvəlinə nəzər yetiriləcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31