“Bunu edənlərdən lazım olan əvəzi çıxacağıq” – Ərdoğan "qlobal sistemin qoçuları"na meydan oxudu

"Bu gün şahidi olduğumuz hadisənin nə 1994, nə 2001, nə də 2007 böhranı ilə bir əlaqəsi var. Həqiqətən bambaşqa vəziyyətlə qarşı-qarşıyıq".

Sfera.az xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu Səfirlər Konfransının iştirakçılarına verilən nahar yeməyində çıxış edib.

"Türkiyənin iqtisadi dinamikası sağlamdır, güclüdür, yerindədir və yerində olmağa əvvəlki kimi davam edəcək. Terrordan tutmuş iqtisadi manipulyasiyalar daxil seriya əməliyyatlara məruz qalmağımızın ən vacib səbəbi milli mənfəətimiz məsələsində güzəştsiz mövqedə dayanmağımızdır.

Bunlar həqiqətən xəyanət şəbəkəsidir, amma biz bunlara üz verməyəcəyik, bu cür spekulyasiyaları edənlərdən də lazım olan əvəzi çıxacağıq. 

NATO müttəfiqi olaraq ciddi qarşılıq ödəmiş bir dövlətə qarşı hər sahədə belə şəkildə düşmən münasibət bəsləməyin heç bir məqbul əsası yoxdur. Burada məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir, hətta imkan olarsa, bağbanın dişlərini tökmək, ciyərini də parçalamaqdır. Bunların etmək istədiyi budur.

Qlobal sistemin qoçuları bədəli qanla ödənilmiş nailiyyətlərimizə kobud şəkildə əl uzada bilməz" - Ərdoğan belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31