Kənd təsərrüfatı dərmanı 46 yaşlı kişini xərçəng etdi - Şirkət 289 milyon dollar təzminat ödəyəcək

ABŞ-da ən keyfiyyətli kənd təsərrüfatı dərmanları istehsalçısı hesab edilən "Monsanto" yabanı otları məhv etmək üçün istifadə edilən dərman üzündən xərçəng olan 46 yaşlı xəstəyə 289 milyon dollar ödəməli olub. 

289 milyon dolların 39 milyon dolları isə təzminat olaraq ödənilib. Hakim "Monsanto"nu həqiqəti bildiyi halda bu dərmanın xərçəng yarada biləcəyi ilə bağlı xəbərdarlıq etmədiyi üçün qınayıb. 

Çıxarılan qərarda bildirilib ki, zərərin qarşılığında ödənilən 289 milyon dollarlıq vəsait iki oğul atasının dünyasını dəyişməsinə mane ola bilməyəcək. Qərarda qeyd olunub ki, vurulan zərərə görə ödənilən bu məbləğ ailənin bundan sonra rahat yaşamasını təmin edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31