Köçəryan məhkəmə zalından azadlığa buraxıldı

Ermənistanın Apelyasiya məhkəməsi həbsdə olan sabiq Ermənistan prezidenti Robert Köçəryanın vəkillərinin verdiyi vəsatəti təmin edib.

Məhkəmə Köçəryanın sabiq prezident kimi toxunulmazlıq statusunun olmasını əsas gətirərək, onu məhkəmə zalından azadlığa buraxıb.

Xatırladaq ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Köçəryan 1 mart 2008-ci ildə dinc aksiyanın dağıdılmasında, konstitusion quruluşun dəyişdirilməsində ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31