“Avropa ABŞ qarşısında diz çökməyəcək” – Almaniya Türkiyənin müdafiəsinə qalxdı
13 Avqust 2018 12:46 DünyaAlmaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer ABŞ-ın Türkiyə və Çinə qarşı tətbiq etdiyi əlavə gömrük vergisinə etiraz edib.
Olaylar.az xəbər verir ki, Tramp hakimiyyətini tənqid edən Altmayer iqtisadi təzyiqlərin qeyri-qanuni olduğunu deyib. O, elan olunan iqtisadi müharibənin hədəfinin Avropada biznes imkanlarının qarşısını almağa və iqtisadi artımı baltalamaq olduğunu bildirib.
"Tramp hakimiyyəti Türkiyə və Çinə qarşı tətbiq etdiyi əlavə gömrük rüsumu məsələsində haqsızdır. Bu ticarət müharibəsi iqtisadi artımı həm yavaşladır, həm də ziyan vurur və yeni qeyri-müəyyənliklər ortaya çıxarır.
Bu məhdudlaşdırıcı tədbirlər Avropada biznes imkanlarını və iqtisadi artımı baltalayır. Avropa ABŞ qarşısında diz çökməyəcək. Dünyanın aşağı gömrük vergilərinə və daha az proteksionist siyasətə, daha açıq bazarlara ehtiyacı var".