Şimali və Cənubi Koreya liderləri Pxençanda görüşəcək
13 Avqust 2018 12:19 DünyaŞimali və Cənubi Koreya liderləri sentyabr ayında yenidən görüş keçirəcəklər.
Olaylar.az Qaynarinfo-a istinadən xəbər verir ki, aprel ayında sərhəd bölgədə yerləşən "Panmunjom" kəndində görüşən Kim Çen In və Mun Çey İn Şimali Koreyanın paytaxtı Pxençanda bir araya gələcəklər.
Qeyd edək ki, aprel görüşü 1950-1953-cü illərdə davam etmiş Koreya müharibəsinin rəsmi sonu olmuş, Şimali Koreya nüvə silahından imtina barədə söz vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31