Polşa çempionatında qeyri-adi hadisə baş verdi - VİDEO

Polşa "Yastşembe"sinin yarımmüdafişəçisi Patrik Skoreçki "Xoyniçanka" ilə çempionat görüşü zamanı komanda yoldaşı ilə yaranan qarşıdurmadan sonra meydandan qovulub. Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, xoşagəlməz hadisə oyunun sonunda baş verib. Hesab 0:0 olarkən Skoreçki həmklublusu Matsey Spixala ilə mübahisə edib və onu itələyib. Referi bunu qeyri-idman hərəkəti kimi dəyərləndirib və yarımmüdafiəçiyə "sarı vərəqə" göstərib. Skoreçki daha öncə də xəbərdarlıq aldığı üçün meydanı tərk etməli olub.
Oyun isə qolsuz bərabərliklə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31