Trampdan daha bir ölkəyə qarşı sərt addım: Ləğv edildi

ABŞ Pakistanla olan 97 hərbi təhsil proqramını ləğv edib.

Buna səbəb ABŞ Prezidenti Donald Trampın bu ilin yanvar ayında Pakistana təhlükəsizlik sahəsində göstərilən yardımlarının dayandırılması barədə qərar verməsidir.

ABŞ Dövlət Katibliyindən Pakistanın regional təhlükəsizlik və terrorla mübarizə məsələlərində gözləntiləri doğrultmadığı üçün belə qərar verdiyi bildirilib:

"Bu günə qədər Pakistanın iştirak etdiyi 3,29 milyon dollar dəyərindəki 97 hərbi təlim proqramı ləğv edilib. Buraya 66 beynəlxalq hərbi təhsil, 25 terrorla mübarizə və 6 regional mərkəz təlim proqramları daxildir. Amma ABŞ maraqları naminə Pakistana mülki yardımlar göstərməyə davam edəcək".

Qeyd edək ki, Tramp bu ilin yanvar ayında İslamabad rəhbərliyini terrorçulara dəstək verməkdə ittiham edib və bu il ərzində Pakistana veriləcək 255 milyon dollar həcmindəki hərbi yardımı ləğv edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31