Türkiyədən ABŞ-a sərt cavab: Facebook, Instagram, Google və...

Türkiyə ilə ABŞ arasında yaşanan böhrana Uşak bələdiyyəsi biganə qalmayıb.

Türkiyənin Uşak bələdiyyəsi media reklamı ilə bağlı Feysbuk, Quql, İnstaqram, Tvitter və Yutuba ayrılan büdcəni tamamilə dayandırıb.

Bələdiyyə sədri Nurullah Cahan məsələ ilə bağlı açıqlamasında bunları deyib:

"Ölkəmizin üç tərəfi dənizlərlə, hər tərəfi düşmənlərlə əhatə olunub, ancaq işləməyə davam edəcəyik, sarsılmayacağıq, məqsədimizə nail olacağıq. Sabitlik hökm sürəcək, Türkiyə böyüməyə davam edəcək. Təhdidlərə boyun əyməyəcəyik".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31