Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var
10 Avqust 2018 12:31 DünyaTürkiyəyə maliyyə sisteminin sabitliyinin pozulması yolu ilə iqtisadi təzyiqlər göstərilməsi cəhdləri perspektivsizdir.
Olaylar.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində çıxışı zamanı deyib.
"Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, onlara fikir verməyin. Onların dolları varsa, bizim də Allahımız var", - türk lider bildirib.
Xatırladaq ki, ABŞ və Türkiyə arasında terrorçuluqda ittiham olunaraq Ankarada saxlanılan amerikalı keşiş Endryu Bransonun azad edilməməsi səbəbindən yaranan gərginliyə görə türk lirəsinin məzənnəsi kəskin şəkildə ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31