ABŞ Türkiyədən daha 14 nəfəri istədi

ABŞ Türkiyədən keşiş Bransondan başqa daha 14 nəfərin azadlığa buraxılmasını istəyir.

Bbu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

ABŞ tərəfinin bu istəyi dünən türk nümayəndə heyəti ilə Dövlət Departamentində görüş zamanı səsləndirilib.

Belə ki, rəsmi Vaşinqton Ankaradan Bransonla yanaşı, 12 ABŞ vətəndaşı və ABŞ-ın Türkiyədəki səfirliyinin iki əməkdaşı Həmzə Akçayla Mətin Topuzun azad edilməsini istəyib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31