Yaponiya şahzadəsinin toyu təxirə düşür — SƏBƏB
9 Avqust 2018 17:56 DünyaYaponiya şahzadəsi Mako universitetdən dostluq etdiyi şəxslə evlənmək üçün şahzadə ünvanından vaz keçməyə hazırdır.
Amma bəyin borcları ucbatından toyun vaxtı yenidən təxirə düşə bilər.
Şahzadə Makonun ailəsi bəy və anasına "Mətbuata sızan maliyyə problemləri həll edilənə qədər rəsmi nişan və toy edilməyəcək" mesajını göndərib. Komuro isə universitetə olan borcu ucbatından maddi sıxıntı çəkir.
Şahzadə Makonun toyu isə İmperator Sarayından verilən açıqlamaya əsasən 2020-ci ilə qədər təxirə salınıb. Şahzadə mətbuata verdiyi açıqlamada bəzi məsələlərdə tələsik qərar verdiyini bildirib.
Yapon mətbuatının xəbərinə görə isə Key Komuronun anası oğlunun universitet xərclərini ödəmək üçün keçmiş nişanlısından 36 min dollar borc alıb amma borcu ödəməyib.
Ölkə.Az