“Atatürk” aeroportu bağlanır
9 Avqust 2018 17:18 Dünya2018-ci il oktyabrın 31-dən etibarən Türkiyənin İstanbul şəhərindəki "Atatürk" aeroportu sərnişin reyslərinin qəbulunu dayandıracaq.
Həmin gün şəhərdə yeni, üçüncü aeroport fəaliyyətə başlayacaq.
Bu aeroportdan ilk reys Azərbaycana ediləcək. Yeni aeroportun ümumi ərazisi 76,5 milyon kvadrat metrdir. Terminalın ərazisi isə 1,6 milyon metr təşkil edir. Ölkə rəhbərliyi aeroportun adını açıqlamayıb.
Oktyabrın 31-dən "Atatürk" aeroportu yalnız xidməti, yük, şəxsi və hökumət təyyarələrini qəbul edəcək. Daha sonra isə aeroport ümumilikdə fəaliyyətini dayandıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31