ABŞ-ın sanksiyalarına Rusiyadan SƏRT REAKSİYA

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı rəsmi Moskvanın mövqeyini ortaya qoyub.

Sözçü keçmiş rusiyalı agent Sergey Skirpal və qızının İngiltərədə sui-qəsdə məruz qalmasına görə ABŞ-ın ölkəsinə 22 avqustdan etibarən ikinci hissəsini tətbiq edəcəyi sanksiyaların qəbuledilməz və qeyri-qanuni olduğunu bildirib.

Mətbuat konfransında jurnalistlərə açıqlama verən Peskov İngiltərənin Salisburi şəhərində baş verən sui-qəsddə Rusiyanın payı olduğu iddialarını rədd edib. O qeyd edib ki, İngiltərə mövzu ilə bağlı dəlil təqdim etməkdən, ən azı, bilgi paylaşmaqdan imtina edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31