Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq
9 Avqust 2018 16:21 DünyaErmənistanda hökumətin iclas zalı yenidən jurnalistlərin üzünə bağlanacaq.
Bunu avqustun 9-da Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
O, hökumətin bu məsələdə əvvəlki rejimə qayıtmasını təhlükəsizliklə əlaqələndirib, jurnalistlərdən müsahibəni başqa yerlərdə götürməyi xahiş edib.
Qeyd edək ki, Karen Karapetyan baş nazir olanda jurnalistlər hökumətin mətbuat mərkəzində işləyir və Nazirlər Kabinetinin iclasını birbaşa izləyirdilər. Serj Sarqsyan baş nazir olandan sonra bu rejim ləğv edilib və hökumətin iclasları bağlı qapılar arxasında keçirilib. Nikol Paşinyan baş nazir olandan sonra isə Nazirlər Kabinetinin toplantıları yenidən jurnalistlər üçün açıq keçirilməyə başlanıldı.
Sputnik
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31