Yupiterdən 12,7 dəfə böyük və qeyri-adi işıq saçan planet aşkarlanıb
9 Avqust 2018 15:14 DünyaNyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri, təxminən, 200 milyon il yaşı olan qəribə obyekt aşkar ediblər.
Hazırda göy cismi Günəş sistemindən kənarda, Yerdən 20 işıq ili məsafədə yerləşir.
Həmin obyektin qəribəliyi onun qeyri-adi işıq saçmasındadır.
"Planet" ana ulduzu olmadan fəzada səyahət edir və bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Məhz buna görə də ona "Tənha, özbaşına planet" ("Rogue planet") adı verilib.
Planetin özü Yupiterdən 12,7 dəfə böyükdür, maqnit sahəsi Yupiterdən 200 dəfə, səthinin temperaturu isə 800 dərəcə Selsidən çoxdur.
Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31