Poroşenko yeni qətnamə hazırlamağı tapşırıb
9 Avqust 2018 15:06 DünyaUkrayna prezidenti Petr Poroşenko Krımın statusu ilə bağlı yeni qətnamə hazırlamağı tapşırıb.
Yeni qətnamənin BMT Baş Assambleyasının növbəti sessiyasına kimi hazırlanması planlaşdırılır.
"Mən BMT Baş Assambleyasının növbəti sessiyasına kimi Krımla bağlı yeni qətnamə hazırlanması haqda diplomatlara tapşırıq vermişəm. Bu qərar Krımın statusu ilə bağlı hər hansı bir spekülasiyanın qarşısını almaq üçün verilib" - Poroşenko bildirib.
Qeyd edək ki, Ukrayna XİN Rusiya prezidenti Vladimir Putinin avqustun 4-də Krıma səyahətinə etiraz edib.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31