Suriyadakı bulvara Ərdoğanın adı verildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə terrorçulardan təmzilədiyi Suriyanın Afrin şəhərindəki bulvarlarlardan birinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib.

Bu barədə Afrin yerli məclisi qərar qəbul edib. Qərara əsasən daha iki bulvarın adı da dəyişdirilərək "Zeytun budağı" və "Səlahəddin Əyyubi" adlandırılıb.

Qeyd edək ki, TSQ və ASO-nun bu ilin mart ayında birgə həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatları zamanı Afrin və ətraf ərazilər terrorçulardan təmizlənib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31