Tailandda rahibə 114 il həbs cəzası verilib - SƏBƏB?
9 Avqust 2018 14:50 DünyaTailandda məhkəmə keçmiş rahibi 114 il müddətinə azadlıqdan məhrum edib.
Rahib fırıldaqçılıq, çirkli pulların yuyulması və kompüterdən istifadə etməklə cinayət törətməkdə ittiham olunub.
Fırıldaqçılığa görə rahibə 87 il, çirkli pulların yuyulmasına görə 24 il, kompüterlə cinayətə görə 3 il cəza verilib. Tailand qanunvericiliyinə əsasən o, 20 il həbsxanada yatacaq.
Qeyd olunur ki, 39 yaşlı rahib məbədə verilən ianələri öz hesabına keçirib. Məhkəmə həmçinin rahibdən fırıldaq qurbanlarına 900 min dollara yaxın təzminat ödəməyi tələb edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31