Mekisakada daha bir jurnalist öldürüldü

Meksikanın Quanacuato əyalətində daha bir jurnalist vurularaq qətlə yetirilib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, yerli bir qəzetdə müxbir kimi çalışan 45 yaşlı Rodolfo Qarsia Qonzalez motosikletlə gəzdiyi zaman naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, Meksikada 2000-ci ildən bəri 138 jurnalist öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31