Trüdou: "Kanada Səudiyyədən üzr istəməyəcək"

Kanada və Səudiyyə Ərəbistanı arasındakı diplomatik böhran hələ də davam edir.

Olaylar.az Qaynarinfo-ya istinaden xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdou Səudiyyə Ərəbistanınından üzr istəməyəcəklərini açıqlayıb. 

Qeyd edək ki, ötən günlərdə Kanadanın baş naziri Kristia Friland Səudiyyə Ərəbistanının insan haqqları uğrunda mübarizə aparan fəalları həbs etməsini tənqid etmişdi. Səudiyyə Ərəbistanı isə bu açıqlamadan sonra Kanada səfirini ölkədən qovmuş, Kanadadakı səfirini geri çağırmış, bu ölkə ilə bütün uçuşları ləğv etmiş və ticarət əlaqələrini dayandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31