Conni Deppin baş rol oynadığı filmin nümayişi bu səbəbdən ləğv edildi

Hollivud ulduzu Conni Deppin baş rol oynadığı "Labyrinth" adlı kitabdan mavi ekrana uyğunlaşdırılan, rep ifaçıları Tupac Shakur və Biggie Smallsın ölümündən sonra polis araşdırmasından bəhs edən "City of lies" filmi nümayişdən kənarlaşdırılıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 7 sentyabrda ekranlarda nümayişi planlanlaşdırılan film, "Global Road Entertainment" şirkəti tərəfindən ekrandan geri çəkilib.

Filmin ekrandan geri çəkilməsinin səbəbi aktyorun adının hallandığı zorakılıq hadisələridir. Keçmiş həyat yoldaşı Amber Hearde qarşı zorakılıq tətbiq etdiyi iddiaları və adı ardıcıl olaraq zorakılıq hadisələrinə qarışan Conni Deppin filmi bu səbəbdən nümayişdən geri çəkilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31