Türkiyənin ABŞ-dan nə istədiyi məlum oldu
9 Avqust 2018 12:46 DünyaTürkiyədən ABŞ-a gedən nümayəndə heyəti Dövlət Departamentindən sonra Maliyyə Nazirliyində görüş keçirib.
Bu barədə məlumatı "Blomberq" agentliyi yayıb.
Görüş çərçivəsində əsas müzakirə mövzularından biri ABŞ-ın İrana qarşı sanksiyaları məsələsi olub. Bununla bərabər Türkiyə tərəfi ABŞ Maliyyə Nazirliyi tərəfindən "Xalqbank" cinayət işi ilə bağlı Ankaraya tətbiq edə biləcəyi böyük miqdarda pul cəzasına görə narahatlığını da dilə gətirib.
Qeyd edək ki, dünən Türkiyədən gedən nümayəndə heyəti Dövlət Departamentində dövlət katibinin müavini Con Salivanla görüşlər keçiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31