AP: ABŞ İranın kiber-hücumlarına hazırlaşır
9 Avqust 2018 11:22 DünyaABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyaların bərpa olunması haqqında qərarından sonra Vaşinqton İranın kiber-hücumlarına hazırlaşır.
Bu barədə "Associated Press"ə kiber-təhlükəsizlik və kəşfiyyat üzrə mütəxəssislər bildiriblər.
Mümkün kiber-təhlükə ilə əlaqədar narahatlıq hələ mayda, Trampın 2015-ci ildə İranın nüvə proqramına dair əldə olunmuş sazişi tərk etmək qərarından sonra meydana gəlmişdi.
Ekspertlərin fikrincə, Vaşinqtonun iqtisadi sanksiyaları bərpa etmək qərarı bu təhlükəni bir qədər də ciddiləşdirir.
Amerikanın xüsusi xidmətləri Rusiya, Çin və Şimali Koreya ilə yanaşı İranı da əsas kiber-təhlükə mənbəyi kimi dəyərləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31