Ermənistan şokda: Baş nazirin silah cəbbəxanası ələ keçdi - Video

Ermənistanın Xüsusi İstintaq Komitəsi 2008-ci ilin 1-2 mart tarixlərində İrəvanda baş vermiş qanlı hadisələrlə bağlı axtarışlarını davam etdirir.

Əməliyyatlar İrəvandan sonra Ararat rayonuna keçib.

Rayonun Mxçyan kəndindəki təmir və istehsal müəssisəsində axtarışlarda çoxlu sayda silah-sursat aşkarlanıb.

Müəssisənin Amrik Gevorqyan adlı kənd sakininə məxsus olduğu bildirilsə də, məlum olub ki, obyektin əsl sahibi Ermənistanın keçmiş baş naziri Ovik Abramyandır.

Müəssisədən 3 ədəd əl istehsalı pulemyot, 7 ədəd "AK-74" avtomatı, 2 ədəd "SVD" snayper tüfəngi, 3 döyüş avtomatı, 2 tapança və müxtəlif kalibrli güllələr taşkar edilərək götürülüb.

Qanunsuz silah saxlamaq ittihamı ilə Amrik Gevorqyan və Ovik Abramyanın qardaşı, keçmiş deputat Henrix Abramyan həbs olunub. İstintaq davam edir.

Əməliyyatdan görüntü:

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31