Avstraliyada quraqlıqdır: fermerlərə 500 milyon dollar veriləcək

Avstraliyada havaların həddən artıq isti keçməsi kənd təsərrüfatı üçün ciddi problemlər yaradıb. Quraqlıq fermerlərin işini lap çətinə salıb.

Yeni Cənubi Uels əyalətində isə əsl quraqlıqdır. Bu səbəbdən fermerlər maşınlarla su daşıyıb otlaqlarda davara su verirlər.

Ember Li də 1300 inəyə su verildiyi anın videosunu sosial şəbəkələrdə paylaşıb.

Yeni Cənubi Uels əyalətində "Department of Primary Industrieschr("39") Combined Drought Indicator"a əsasən quraqlıq həddi 100 faiz elan olunub. Bu isə o deməkdir ki, əyalət ərazisinin 38,7 faizi quraqlıq, 38,2 faizi - yüngül quraqlıq, 23 faizi isə güclü quraqlıq sahəsidir.

Əyalət hökuməti quraqlıqla əlaqədar fermerlərə 500 milyon dollarlıq birdəfəlik, fövqəladə yardım ayırıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31